ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri İraqda İŞİD qərargahlarını bombalayıb.
Hərbi əməliyyatlar Mahmur rayonun Ankava qəsəbəsində həyata keçirilib.
Qərargahda yerləşən 4 avtomobil məhv edilib. Avtomobildə olan İŞİD-çilərin hamısı ölüb.
Bu arada dünən koalisiya qüvvələri İraqın Küdilə qəsəbəsində İŞİD mövqelərini hədəf alıb. Nəticədə xeyli terrorçu öldürülüb.
Qeyd edək ki, Küdilə qəsəbəsi İŞİD və peşmərgə qüvvələri arasında yerləşir./axar
7news.az








