RU
ABŞ İsraildə ilk hərbi bazını açdı
10:10
379

ABŞ İsraildə ilk hərbi bazını açdı

Bazar ertəsi İsrailin cənubunda ABŞ-ın ilk daimi hərbi bazası açılıb. Orada Amerika əsgərləri və zabitləri xidmət edəcək.

7news.Az Report-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"Biz İsrail dövləti və İsrail ordusunun tarixində ilk dəfə olaraq ABŞ-ın üzərində bayrağı dalğalanan daimi hərbi bazasını yaratdıq", — deyə açılış mərasimində İsrailin Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı Svika Haymoviç bildirib.

Qeyd olunur ki, Amerika bazası İsrailin hava hücumundan müdafiə hissələrindən birinin ixtiyarına verilib.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ