Blinken ABŞ-ın İsraildən gələn əlavə müraciətləri dəyərləndirdiyini bildirib. Blinken deyib ki, HƏMAS-ın hücumunun bir səbəbi İsrail-Səudiyyə Ərəbistanı münasibətlərini normallaşdırmaq səylərini pozmaq ola bilər.
7NEWS.az xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) radikal islamçı Həmas təşkilatının hücumları səbəbindən İsrailə yeni hərbi yardım göndərməyə hazırlaşır. ABŞ dövlət katibi Antoni Blinken CNN televiziyasına verdiyi müsahibədə İsraildən gələn bəzi əlavə istəkləri dəyərləndirdiklərini və bu gün sonra bu məsələ ilə bağlı daha ətraflı açıqlama veriləcəyini düşündüyünü bildirib.
7NEWS.az








