RU
ABŞ İsrailə qarşı qətnaməyə veto qoyub
10:40
1246

ABŞ İsrailə qarşı qətnaməyə veto qoyub

Qəzza bölgəsində və İsrailin işğal etdiyi ərazilərdə fələstinlilərin beynəlxalq mühafizəsini nəzərdə tutan qətnamə layihəsi BMT Təhlükəsizlik Şurasında qəbul olunmayıb.

7news.Az xəbər verir ki, bu barədə "RİA Novosti” məlumat yayıb.

Küveytin hazırladığı sənəd qəbul olunması üçün kifayət qədər (10 səs) toplasa da, ABŞ daimi üzv imtiyazından istifadə edərək ona veto qoyub.

Sənədi dəstəkləyənlər arasında Rusiya və Çin yer alırdı. Daha dörd üzv dövlət isə bitərəf qalmağa üstünlük verib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ