RU
ABŞ İsrailin Suriyanı bombalamasını dəstəklədi
11:17
460

ABŞ İsrailin Suriyanı bombalamasını dəstəklədi

"İsrailin Suriyaya aviazərbələr endirməsi onun özünümüdafiə hüququdur”.

7news.Az xəbər verir ki, belə bir açıqlama ilə Ağ Evin mətbuat katibi Sara Sander çıxış edib. Onun sözlərinə görə, Vaşinqton İsrailin öz torpaqlarını müdafiə etmək üçün atdığı bütün addımı dəstəkləyir:

"Bu, bir daha sübut edir ki, İran rejiminə güvənmək olmaz və prezident Donald Tramp nüvə sazişindən çıxmaqla doğru qərar verdiyini nümayiş etdirdi”. 

 

Xatırladaq ki, İsrailin hava qüvvələri Suriyadakı İran mövqelərini bombalayıb. İtkilər barədə məlumat verilmir. 

7news.Az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ