RU
ABŞ Kərkükə əsgər göndərməsini təkzib etdi
02:01
242

ABŞ Kərkükə əsgər göndərməsini təkzib etdi

ABŞ İraqın Kərkük şəhərinə gizli şəkildə əsgər yerləşdirməyib. Bununla bağlı yayılan məlumatlar əsassızdır.

Bu sözləri ABŞ-ın İraq və Suriyada apardığı əməliyyatların sözçüsü Stiv Varren deyib.

“Bu xəbərlər tamamilə yalandır. Kimlər tərəfindən yayıldığını bilmirəm. Çox güman ki, bu məlumatları ABŞ və İraq hökuməti arasında narazılıq yaratmağa çalışan şəxslər yayıblar. Əgər hər hansı əraziyə əsgər yerləşdirsək, yaxud orada əməliyyat həyata keçirsək, İraq hökumətinin bu haqda məlumatı olacaq”, - Varren vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl İraq parlamentinin Təhlükəsizilik və Müdafiə Komitəsinin sədri Hakim Zamili ABŞ-ın Kərkük şəhərinə gizli şəkildə əsgər yerləşdirdiyini bildirmişdi./axar

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ