ABŞ kəşfiyyatı İstanbulda silahlı hücumun baş verə biləcəyi barədə əvvəlcədən xəbərdarlıq edib.
Bu barədə silahlı hücuma məruz qalmış "Reina" gecə klubunun sahibi Mehmet Kocarslan bildirib.
"Amerika kəşfiyyatı terror aktı barədə xəbərdarlıq etmişdi. 7-10 gün bura ciddi təhlükəsizlik tədbirləri görülmüşdü", — deyə o bildirib.
Məlumata görə, terrorçu Kalaşnikov avtomatından atəş açıb.
İstanbul valisi hücum zamanı azı 35 nəfərin öldüyünü, 40-dan çox şəxsin yaralandığını bildirib. /apa
7news.Az








