ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyanın Əl-Xasake vilayətinin cənub-şərqindəki Tall əş-Şayir şəhərinə zərbələr endirib.
7news.Az "Sana” agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində yeddi nəfər həlak olub, bir neçə nəfər yaralanıb.
Bu, Əl-Xasake vilayətində son aylar dinc sakinlərin həlak olması ilə nəticələnən ilk hadisə deyil.
Belə ki, iyunun 5-də Daza kəndinin bombardmanı zamanı 10 nəfər, mayın 12-də Əl-Hamadi kəndinə hücum zamanı səkkiz nəfər, iyunun 11-də Xoveybariya kəndinə zərbələr zamanı isə 18 nəfər həlak olub.
7news.Az








