ABŞ və Kuba arasında münasibətlərdə müsbət irəliləyiş qeydə alınıb.
"American Airlines" Kubada ilk ofisni açıb. Bu barədə məlumatı Qərb mətbuatı yayıb.
ABŞ və Kuba arasında birbaşa hava uçuşu 55 il əvvəl dayandırılmışdı. Uçuşlar ötən ilin 31 avqust tarixində bərpa edilmişdi.
2016-cı ilin sentyabr ayından Amerikaya məxsus hava şirkətləri Kuba ilə müntəzəm avia reysləri bərpa etməyə başladı. "American Airlines" şirkəti Kuba ilə avia reysləri bərpa edən üçüncü şirkətdir.
Şirkət sentyabr ayında Mayami-Syenfueqos və Mayami-Olqin reyslərini bərpa etmişdi./olke.az
7news.Az








