ABŞ-la Meksika sərhəddində divarın tikintisi 12-15 mlrd. dollara başa gələcək.
Bu barədə Filadelfiya şəhərində keçirilən mətbuat konfransında ABŞ Konqresindəki respublikaçı senatorların lideri Mitç Makonnel bildirib. Onun sözlərinə görə, bu vəsait dövlət büdcəsi hesabına ödəniləcək.
"Divarın tikintisi ümumilikdə 12-15 mlrd. dollara başa gələcək. Bu problemi biz özümüz həll edəcəyik. Lakin prezident bu məsələdə hansısa ölkələrlə razılaşacaqsa, bu onun qərarıdır”, - deyə M.Makonnel bildirib.
Qeyd edək ki, Donald Tramp yanvarın 25-də Meksika ilə sərhəddə divarın ucaldılmasına dair fərman imzalayıb. Tramp Meksika ilə sərhəddə divar tikintisinin başlanılacaq tarixi açıqlayıb. Trampı tikintinin gələn aydan başlanılacağnı deyib. O, "ABC” telekanalına verdiyi müsahibədə qeyd edib ki, tikinti zamanı çəkilən xərclər Meksika dövlətinin büdcəsi hesabına ödəniləcək. Meksika prezidenti Enrike Penya Nyeto isə bildirib ki, divaırn tikintisinə çəkilən xərclərə Meksika dövləti pul ayırmayacaq. /olke.az
7news.Az








