ABŞ-lı model və fenomen Gigi Hadid Kayman adalarına eniş etdikdən az sonra baqajında narkotik olduğuna görə saxlanılıb. Rəfiqəsi ilə səyahətə çıxan Hadid daha sonra zaminə buraxılıb.
7NEWS.az xəbər verir ki, istirahəti üçün Kayman adalarını seçən 28 yaşlı amerikalı model Gigi Hadid iyulun 10-da dostu Leah Nikol Makkarti ilə şəxsi təyyarə ilə Owen Roberts Beynəlxalq Hava Limanına endikdən sonra təhlükəsizlik işçiləri tərəfindən sorğu-sual edilib.
Baqajında narkotik olduğu anlaşılan dünyaca məşhur model polis tərəfindən saxlanılıb.
7NEWS.az








