ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Liviyaya hava zərbələri endirib.
7news.Az xəbər verir ki, bu barədə "RİA Novosti” agentliyi məlumat yayıb.
ABŞ-ın Afrika komandanlığının məlumatına əsasən, hava zərbələri sentyabrın 26-da, Siirtdən 160 kilometr məsafədə endirilib. Hücum nəticəsində bir neçə İŞİD terrorçusunun məhv edildiyini bildirib. Onların dəqiq sayı açıqlanmayıb.
Əməliyyatın detalları ilə bağlı ətraflı məlumat verilməyib.
7news.Az








