RU
ABŞ ölülərə
14:10
221

ABŞ ölülərə "yardım" payladı - 1,4 MİLYARD DOLLAR

ABŞ hökuməti səhvən ölən insanlara 1.4 milyard dollar ödəyib. Necə deyərlər, "tələsən təndirə düşər". Son aylarda koronavirus pandemiyasından əziyyət çəkən milyonlarla amerikalıya yardım paylanmasının sürətləndirilməsi belə səhvə səbəb olub.

7News.Az-ın verdiyi xəbəə görə, bu barədə CNBC Hesablama Palatasının hesabatına istinadən yazır.

Yoxlama Konqres tərəfindən təsdiq edilib. Hazırda hökumət ölülərin hesabına səhvən daxil olan pulları qaytarmaq istəyir, lakin həmin insanların qohumları ilə necə əlaqə qurmaq barədə hələ heç bir plan yoxdur.

Hökumətin ölülərə pul göndərməsi bu ölkədə ilk dəfə baş verən hadisə deyil: 2008-2009-cu illərdəki maliyyə böhranından sonra da minlərlə ölüyə sosial müavinət təyin olunmuşdu.

Qeyd edək ki, ABŞ avqust ayından işsizlik müavinətlərindən imtina etməyi planlaşdırır, çünki ölkə iqtisadiyyatı bərpa olunur və həmin vaxta kimi kifayət qədər iş yerinin olacağı gözlənilir. Bu barədə iyunda Ağ Evin iqtisadi məsləhətçisi Larri Kadlou açıqlama verib.

ABŞ-da mövcud müavinət miqdarı həftədə 600 dollardır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ