ABŞ mediası İsrailin İrana cavab hücumu təşkil etdiyini açıqlayıb. İran mediası İsfahan şəhərində hava limanı yaxınlığında partlayışların baş verdiyini açıqlayıb. İranda bütün uçuşlar dayandırılıb.
7NEWS.az xəbər verir ki, İsrailin İrana hücumu xəbərini ilk dəfə Amerikanın ABC News kanalı ABŞ rəsmisinə əsaslanaraq, sonradan CBS News və CNN kanalları vasitəsilə öz izləyicilərinə çatdırıb. Adı açıqlanmayan ABŞ rəsmilərinə əsaslanan məlumatlara görə, İsrail yerli vaxtla cümə günü səhər tezdən İrana qarşı əks-hücum keçirib.
7NEWS.az








