RU
ABŞ məhkəməsi hökumətin İsrailə dəstəyi dayandırmasını tələb edən iddiadan imtina etdi
16:50
48

ABŞ məhkəməsi hökumətin İsrailə dəstəyi dayandırmasını tələb edən iddiadan imtina etdi


ABŞ-ın Kaliforniya ştatında bir rayon məhkəməsi hökumətdən İsrailə dəstəyi dayandırmağı tələb edən insan haqları təşkilatı və Qəzzada qohumlarını itirmiş ailələr adına açılan iddianı rədd edib.

7NEWS.az xəbər verir ki, Kaliforniya dairəsinin hakimi Cefri Uayt işlə bağlı qərarın mətnində verdiyi açıqlamada işin məhkəmənin yurisdiksiyasından kənar olduğu üçün rədd edildiyini bildirib. Qəzzada yaşanan faciə ilə qarşılaşmağın hər bir fərdin öhdəliyi olduğunu vurğulayan Uayt, "Ancaq bu məhkəmənin öz yurisdiksiyasının hüdudları daxilində qalması da öhdəliyidir" dedi.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ