RU
ABŞ Milli Kəşfiyyatının rəhbəri istefa verdi - Trampla işləmək istəmir
00:00
386

ABŞ Milli Kəşfiyyatının rəhbəri istefa verdi - Trampla işləmək istəmir

ABŞ Milli Kəşfiyyatının rəhbəri Ceyms Klepper istefa verib.

O, bu barədə Kəşfiyyat Komitəsinin Nümayəndələr Palatasının iclasındakı çıxışı zamanı bildirib.

"Dünən gecə istefa ilə bağlı qərara gəlmişəm və bu qərarımdan da təəssüflənmirəm. 64 gün,yəni prezident Barak Obamanın postunu təhvil verəcəyi günə qədər işləyəcəyəm”, - C. Klepper söyləyib.

Onun bu addımı ABŞ-ın 45-ci prezidenti Donald Trampla işləmək istəmədiyi ilə əlaqələndirilir.

Qeyd edək ki, Ceyms Klepper bu posta 2010-cu ilin avqustunda təyin olunub./qafqazinfo
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ