ABŞ-ın milli təhlükəsizlik naziri Meksika ilə sərhəddə inşa ediləcək divarın vaxtını açıqlayıb
Nazirin sözlərinə əsasən Meksika ilə sərhəddə səddin tikintisi iki il ərzində başa çatacaq.
Milli təhlükəsizlik naziri deyib: "Sədd lazım olan yerdə inşa ediləcək. Mən həqiqətən ümid edirəm ki, bu, iki il ərzində başa çatacaq".
Nazir eyni zamanda ABŞ prezidenti Donald Tramp tərəfindən ortaya atılan layihənin sərhədlərdə təhlükəsizliyi artırmaq üçün hazırlanan planın bir parçası olduğunu da qeyd edib.
Plana əsasən ABŞ-Meksika sərhəddinin cənubi-qərb hissəsində texnoloji ötürücülər də yerləşdiriləcək. Bu, çox səviyyəli layihədir. Ağ Evin əməkdaşı bildirib ki, tikinti bir neçə ay ərzində start götürəcək./olke.az
7news.Az








