ABŞ müsəlmanları Ağ Evin iftar dəvətini rədd etdilər
Böyük izdihamlı iftar ləğv edildikdən sonra prezident Co Bayden administrasiyasındakı yüksək vəzifəli müsəlman rəsmilər, birinci xanım Cil Bayden, vitse-prezident Kamala Harris və bəzi müsəlman liderlərlə görüşüb.
7NEWS.az xəbər verir ki, ənənəvi olaraq Ramazan ayında Ağ Evdə təşkil edilən iftar süfrəsinə dəvət olunan müsəlman fikir liderləri Qəzza müharibəsi səbəbindən dəvəti rədd ediblər. İştirak az olduğu üçün tədbir aşağı səviyyəli görüşə çevrildi. Bəzi qonaqlar İsrailin Qəzzaya hücumları ilə bağlı Baydenin siyasətindən müsəlman icmasının məyus olduğunu vurğulayaraq dəvəti rədd etdilər.
7NEWS.az