RU
ABŞ-nin mərkəzində daşqınlar nəticəsində 16 nəfər ölüb
11:02
57

ABŞ-nin mərkəzində daşqınlar nəticəsində 16 nəfər ölüb

ABŞ-nin mərkəzində daşqınlar nəticəsində 16 nəfər ölüb.

Bu barədə CNN fövqəladə xidmətlər və Milli Meteoroloji Xidmətə istinadla məlumat yayıb.

Fırtına Proqnoz Mərkəzinin məlumatına görə, Ohayo vadisindən Texasın cənub-şərqinə qədər 41 milyon insan risk altındadır. Arkanzas, Missuri, Tennessi və Missisipi ştatlarında daşqınla bağlı ən yüksək, 4-cü səviyyəli xəbərdarlıq edilib.

Yağış təcili evakuasiyalara və yolların bağlanmasına səbəb olub. Təkcə şənbə günü 6 mindən çox uçuş gecikməsi və elektrik enerjisinin kəsilməsi qeydə alınıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ