ABŞ prezidentinin müavini və İŞİD-ə qarşı beynəlxalq koalisiyanın nümayəndəsi Bred Makqark Suriyanın Kobani şəhərinə səfər edib.
Bu barədə “Röyter” məlumat yayıb.
Məlumata görə, Makqark həftə sonu İŞİD-ə qarşı mübarizə yollarını müzakirə etmək üçün Suriyanın Kobani şəhərinə gedib.
Həmçinin kürdlərin nəzarətində olan Rimeylan hərbi bazasını da ziyarət edib.
Bundan əlavə, onun İraqın paytaxtı Bağdadda bir sıra rəsmi şəxslərlə də görüşdüyü bildirilib./axar
7news.az








