RU
ABŞ nüvə bombasını uğurla sınaqdan keçirdi
13:00
311

ABŞ nüvə bombasını uğurla sınaqdan keçirdi

ABŞ Hərbi Hava Qüvvələri ölkənin Energetika Nazirliyinin Nüvə Təhlükəsizliyi Milli İdarəsilə (NNSA) birlikdə B-2 Spirit bombardmançısının iştirakilə B61-12 nüvə bombasını sınaqdan keçirib. 

7news.Az Military.com portalına istinadla xəbər verir ki, bununla bağlı NNSA-nın nümayəndəsi, briqada generalı Maykl Lyutton məlumat verib.  

Nüvə başlığı olmadan aparılan iki sınaq iyunun 9-da Nevada ştatının Tonopa poliqonunda baş tutub.

Onun sözlərinə görə, sınaq uğurlu olub və bu, B61-12 konstruksiyasının sistem tələblərinə cavab verdiyini göstərir. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ