RU
ABŞ ordusu peyntbol silahları əldə edəcək
11:40
401

ABŞ ordusu peyntbol silahları əldə edəcək

ABŞ peyntbol silahlarının tədarükü ilə bağlı müqavilə imzalayıb. Onlardan Əfqanıstanda istifadə olunması nəzərdə tutulur.

7news.Az xəbər verir ki, müqavilənin dəyəri 650 min dollardır.

"Variable Kinetic Systems” kompleksləri kürəciklərlə atəş üçün nəzərdə tutulub. "Popular Mechanics” jurnalının məlumatına görə, həmin kürəciklər zəhərli maddələrlə təchiz olunacaq. 

Bildirilib ki, kürəciklərdə sintetik məhlullardan istifadə olunacaq. Bu məhlullar insanların bir müddət görmə qabiliyyətini itirməsinə səbəb ola bilər. 

Ekspertlər qeyd edib ki, bu avadanlıqlar öldürücü silah nümunələrinə alternativ olacaq və Əfqanıstanda thlükələrin zərərsizləşdirilməsi üçün əlavə imkanlar yaradacaq.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ