İtaliyada ABŞ ordusunun keçmiş zabiti və rus əsilli həyat yoldaşı evində ölü tapılıb.
7news.Az xarici KİV-ə istinadən xəbər verir ki, 44 yaşlı Coel Kinserin həyat yoldaşı Leylanı öldürdükdən sonra intihar etdiyi ehtimal edilir. Belə ki, Kiser bir müddət əvvəl depressiyada olub və keşişə gec-tez özünü öldürəcəyini etiraf edib. Bildirilir ki, keçmiş zabit intihar etməzdən öncə məktub yazaraq üzr istəyib.
7news.Az







