Meyitlər fevralın 29-da ekspertizayaya göndəriləcək.
ABŞ-ın hüquq-mühafizə orqanları Vaşinqton ştatında qətlə yetirilən iki uşağın Rusiyadan olduğunu təsdiqləyib
Polisdən öldürülən oğlan uşaqlarının milliyyətcə rus olduğu bildirilib.
Qətlə yetirilən uşaqların 1997-ci il təvəllüdlü Tori Karlson və 1999-cu il təvəllüdlü Kuin Karlson olduğu bildirilir. Meyitlərin fevralın 29-da ekspertizaya göndərilməsi nəzərdə tutulub.
İnsidentin səbəbləri barədə məlumat verilmir.
Qeyd edək ki, ştatın Meyson dairəsində naməlum kişi ailəsinin 4 üzvünü güllələyərək qətlə yetirib, sonra isə özünü öldürüb..oxu
7news.Az








