RU
ABŞ Polşaya ordusunu modernləşdirmək üçün 2 milyard dollar kredit verəcək
14:25
31

ABŞ Polşaya ordusunu modernləşdirmək üçün 2 milyard dollar kredit verəcək


Birləşmiş Ştatlar Polşaya ordusunun modernləşdirilməsində dəstək olmaq üçün ona 2 milyard dollarlıq Xarici Hərbi Maliyyələşdirmə (FMF) krediti verəcək.

7NEWS.az xəbər verir ki, ABŞ Dövlət Departamentindən edilən yazılı açıqlamada ABŞ və Polşa arasında 2 milyard dollarlıq FMF birbaşa kredit müqaviləsinin imzalandığı bildirilib. Bəyanatda ABŞ-ın "sadiq müttəfiqi” olan Polşanın təhlükəsizliyinin NATO-nun şərq cinahının kollektiv müdafiəsi üçün həyati əhəmiyyət kəsb etdiyi vurğulanıb və beynəlxalq yardımın çatdırılmasında mərkəzi rol oynayan Polşanın qətiyyətinə işarə edilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ