Ağ Evdən verilən açıqlamada birinci xanımın testinin müsbət çıxmasından sonra prezident Baydenin sınaqdan keçirildiyi açıqlanıb.
7NEWS.az xəbər verir ki, ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cil Baydenin yenidən Covid-19-a tutulduğu açıqlanıb. Prezident Baydenin test nəticəsinin mənfi olduğu bildirilib. Keçən ilin avqustunda Covid-19-a tutulan Cil Baydenin test nəticəsinin müsbət nəticə verdiyi bildirilib. Ağ Evdən verilən açıqlamada 72 yaşlı birinci xanımın yüngül simptomlar keçirdiyi və evdə istirahət etdiyi qeyd edilib. 80 yaşlı prezident Baydenə sonuncu dəfə ötən ilin iyulunda bu xəstəliyə diaqnoz qoyulub.
7NEWS.az








