RU
ABŞ Prezidenti: Biz Azərbaycanla əlaqələrimizi və tərəfdaşlığımızı yüksək qiymətləndiririk
18:21
165

ABŞ Prezidenti: Biz Azərbaycanla əlaqələrimizi və tərəfdaşlığımızı yüksək qiymətləndiririk

Biz Azərbaycan Respublikası ilə əlaqələrimizi və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşunuzla sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığınızı yüksək qiymətləndiririk.

Bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda deyib.

O qeyd edib ki, 30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib:

"Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək".
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ