"İranlılar istəsələr, mən onlarla görüşməyə hazıram”.
7news.Az xəbər verir ki, belə bəyanatla ABŞ prezidenti Donald Trampİtaliyanın baş naziri Cüzeppe Konte ilə Ağ Evdə birgə keçirdiyi mətbuat konfransında çıxış edib.
Trampın sözlərinə görə, o, iranlı həmkarı Həsən Ruhani ilə ilkin şərtlər olmadan bir araya gəlməyə hazırdır.
"Mən istənilən şəxslə görüşəcəm. Görüşlərin səmərəsinə inanıram. Onların istədiyi zaman görüşməyə hazıram. Amma heç bir ilkin şərt olmadan”, - Tramp deyib.
7news.Az








