ABŞ prezidenti Donald Tramp Yaponiyaya səfər edib.
7news.Az xəbər verir ki, Tramp və Melaniya səfər çərçivəsində yapon imperator Akixito və imperatriçə Mitiko ilə görüşüb. Rəsmilərin görüşü Tokiodakı imperator sarayında baş tutub.
Yapon televiziyasının efirində imperator ailəsinin Trampı qarşılaması və yola salmasını əks etdirən video görüntü yayımlanıb.
Ağ Evin məlumatına əsasən imperator tərcüməçisi vasitəsilə Trampı salamlayıb və sarayına dəvət edib.
"NHK" kanalı bildirir ki, görüş 20 dəqiqə davam edib.
7news.Az








