RU
ABŞ Priqojinlə əlaqəli strukturlara qarşı sanksiyalar tətbiq edib
12:13
47

ABŞ Priqojinlə əlaqəli strukturlara qarşı sanksiyalar tətbiq edib


ABŞ Maliyyə Nazirliyi "Wagner Group”un sədri Yevgeni Priqojinlə əlaqəsi olan bir şəxs və dörd şirkətə qarşı sanksiya elan etdiyini açıqlayıb. 

7NEWS.az xəbər verir ki, Rusiya vətəndaşı Andrey İvanov, Mərkəzi Afrika Respublikasında yerləşən iki şirkət "Diamville Sau” və "Midas Ressources Sarlu”, Birləşmiş Ərəb Əmirliklərində yerləşən "Industrial Resources General Trading” və Rusiyada yerləşən DM şirkəti ABŞ-ın "qara siyahı”sına daxil edilib. 

Sanksiyaya məruz qalan şirkətlərin Vaqner özəl hərbi qrupunun Ukrayna və Afrikadakı əməliyyatlarını maliyyələşdirmək üçün qızıl ticarəti ilə məşğul olduğu iddia edilir.  

Guya Andrey İvanov Vaqnerin Malidəki əməliyyatlarını koordinasiya edib. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ