RU
ABŞ: PYD Membicdən çıxacaq — Son dəqiqə
13:56
442

ABŞ: PYD Membicdən çıxacaq — Son dəqiqə

ABŞ-dan PKK-nın Suriya qolunun Fəratın şərqinə çəkiləcəyi ilə bağlı açıqlama gəlib.

ABŞ Prezidenti Barak Obamanın xüsusi nümayəndəsi Brett Makqark "PKK-nın Suriya qanadı olan PYD-nin Menbiçdən çıxaraq Fəratın şərqinə çəkiləcəyini bildirib.

Brett ABŞ prezidentinin İŞİDlə mübarizə məsələsində özəl nümayəndəsidir.

Brett Makqark Twitter şəbəkəsində bu sözləri yazıb: "Dönüş nöqtəsi: Bütün YPG silahlıları İŞİD-dən sonra təhlükəsizliyi təmin edə bilmələri üçün təlimlərdən sonra Menbiçdən ayrılaraq Fəratın şərqinə çəkiləcək".

Qeyd edək ki, Türkiyə Fərat çayını qırmızı xətt kimi təyin etmişdi və PKK-nın Suriya qanadının Fəraın şərqinə çəkilməsini tələb etmişdi./olke.az

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ