ABŞ-ın 45-ci prezidenti Donald Trampın ötən gün inauqurasiya mərasimindən əvvəl paytaxt Vaşinqtonun küçələrində iğtişaşlar yaşanıb.
Trampın prezidentliyinə qarşı çıxan "Qara Birlik" adlı bir qrup şəxs bankların və dükanların şüşələrini qırıb, ətrafdakı avtomobillərə xeyli ziyan vurublar.
Polis nümayişçilərin Trampın andiçmə mərasiminin keçiriləcəyi Konqres binasına yaxınlaşmasına icazə verməyib.
CNN-nin xəbərinə görə, ümumiliklə iğtişaşlar nəticəsində 217 nəfər saxlanılıb, 6 polis əməkdaşı müxtəlif dərəcəli xəsarət alıb.
Polisin etirazçılara bibər qazıyla müdaxilə etdiyi anlar CNN ekranlarına əks olunub. Vaşinqtonun mərkəzi yolları etirazçılar tərəfindən kəsilib. Ölkənin dörd bir yanında Tramp əleyhdarları etirazlar təşkil ediblər.
Videonu izləmək üçün şəklə klikləyin:
7News.az










