RU
 ABŞ: `Rusiya bizim üçün bir nömrəli təhlükədir`
11:11
480

ABŞ: `Rusiya bizim üçün bir nömrəli təhlükədir`

ABŞ-ın Hərbi Hava Qüvvələri naziri Debora Li Ceyms bildirib ki, Rusiya ABŞ üçün bir nömrəli təhlükə mənbəyidir.

 

Nazirin fikrincə, Rusiya nüvə silahı baxımından ABŞ üçün real təhlükədir.

ABŞ müdafiə nazirinin müavini Frenk Kendaal isə bildirib ki, Vaşinqtonun siyasətində Asiya-Sakit Okeanı və Yaxın Şərqdən gələn təhdidlər diqqət mərkəzində olduğu təqdirdə hazırda bu diqqət Rusiya tərəfə yönəlib: "Onlara görə bizə lazım olan imkanların balansına yenidən baxdıq”. 

ABŞ-ın Hərbi Dəniz Əməliyyatları komandanı, admiral Con Riçardson Rusiyanın hərbi fəallığı ilə bağlı narahat olduqlarını diqqətə çatdırıb. O, qeyd edib ki, Rusiya bütün dünyada, o cümlədən Aralıq və Xəzər dənizlərində, Atlantik okeanın şimalında və Sakit okeanda hərbi fəallığını artırıb.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ