RU
ABŞ Rusiya ilə bağlı həqiqəti etiraf etdi
22:51
383

ABŞ Rusiya ilə bağlı həqiqəti etiraf etdi

ABŞ Rusiyanın Suriyadakı qələbəsini rəsmən qəbul etməyə hazır deyil.

7news.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frants Klintseviç deyib.

“ABŞ Rusiyanın Suriyadakı qələbəsini dövlət səviyyəsində qəbul etməyə hazır görünmür. Belə olan təqdirdə ABŞ-ın İŞİD-ə qarşı apardığı mübarizə ilə bağlı bəzi suallar yaranır. Nə üçün Rusiya 3 ay ərzində ABŞ və müttəfiqlərinin 1 il ərzində etdiyindən daha çox şey bacardı. Çox güman ki, ABŞ bu suala dürüst şəkildə cavab verə bilməyəcək”, - Klintseviç vurğulayıb.

Qeyd edək ki, “Röyter” agentliyinin yaydığı məlumatda ABŞ-ın bəzi siyasi və hərbi dairələri Rusiyanın Suriyada uğurlu əməliyyatlar apardığını etiraf edib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ