RU
11:30
259

"ABŞ Rusiya ilə işləmək istəyir"

ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib ki, Amerika Birləşmiş Ştatları Rusiya ilə işləmək istəyir və iki ölkə arasındakı fikir ayrılıqlarına görə, əlaqələri kəsmək mənasızdır.

O, bunu avqustun 6-da Manilada rusiyalı həmkarı Sergey Lavrovla görüşünü şərh edərkən deyib. O əlavə edib ki, Rusiya da vəziyyəti müzakirə etməyə və Ukrayna ilə bağlı məsələdə irəliləyişə doğru yol tapmağa hazır olduğunu bildirib.

R.Tillersonun sözlərinə görə, o, ABŞ-ın Rusiya ilə münasibətlərini praqmatik görür və problemlər həll oluna bilər./trend

 

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ