RU
ABŞ Rusiya ilə münasibətləri gərginləşdirən addımı atdı
21:15
590

ABŞ Rusiya ilə münasibətləri gərginləşdirən addımı atdı

Önümüzdəki bir neçə gün ərzində ABŞ tanklarını Baltikyanı ölkələrə göndərəcək


ABŞ hərbi kontingentinin Rusiya ilə sərhəddə yığılması rəsmi Moskvanın sərt tənqidinə səbəb olub.

Soyuq savaş başa çatdıqdan sonra keçmiş "Varşava Paktı" ölkələrindən biri sayılan Polşada ilk ABŞ hərbi bazası açılıb. Açılışda Polşa prezidenti Andrzej Duda ilə birlikdə ABŞ-ın Avropa hərbi birləşmələrinin komandanı general Ben Hodges də iştirak edib. Verilən məlumata görə, bir tank taboru bir neçə gündən sonra Litva, Estoniya və Latviyaya göndəriləcək.

Ben Hodges deyib: "Bir tank taboru bir neçə günə bu üç ölkəyə göndəriləcək. Bu tanklar İngiltərə, Almaniya və Kanada hərbi birlikləri gələnə qədər ərazidə qalacaq".

NATO-dan alınan qərar çərçivəsində Estoniyada İngiltərə, Litvada Almaniya, Latviyada isə Kanada hərbi birləşmə quracaq./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ