RU
ABŞ Rusiyadan enerji resursları almağı dayandırır
22:20
1154

ABŞ Rusiyadan enerji resursları almağı dayandırır

ABŞ prezidenti Co Bayden Ukraynadakı hadisələrlə əlaqədar bu gün Rusiyaya qarşı yeni sanksiyalar elan edəcək.

7NEWS.Az "RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Ağ Evdən məlumat yayılıb.
Məlumata görə, Prezident Rusiyanın Ukraynaya qarşı səbəbsiz və elan edilməmiş müharibəsinə görə cavabdehliyi davam etdirmək üçün tədbirləri açıqlayacaq.

Bununla bağlı Baydenin çıxışı gözlənilir.

Çıxış Vaşinqton vaxtı ilə saat 10:45-ə (Bakı vaxtı ilə 19:45) planlaşdırılır.

Bloomberg-in jurnalisti Annmarie Hordern isə mənbələrə istinadən xəbər verir ki, ABŞ bu gün Rusiyadan enerji idxalına məhdudiyyəti təsdiq etməyi planlaşdırır.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ