Məlumatlara görə, ABŞ-ın Rusiyadan uran idxalı 2005-ci ildən bəri ən yüksək səviyyədədir.
7NEWS.az xəbər verir ki, ABŞ ilin birinci yarısında Rusiyadan 416 ton uran alıb; Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox və 2005-ci ildən bəri ən yüksək səviyyədir. Hesabata görə, Rusiya ABŞ-ı yalnız mülki nüvə enerjisi istehsalının vacib komponenti olan zənginləşdirilmiş uranla təmin edir.
RİA-nın ABŞ statistika xidmətinin hesablamaları göstərir ki, Vaşinqton Rusiyadan uran tədarükü üçün 696,5 milyon dollar ödəyib. Bu, 2002-ci ildən bəri ən yüksək göstəricidir. İlin birinci yarısında satınalma xərcləri 2,5 dəfə artıb, Rusiyanın Amerika idxalında payı isə 13 faiz bəndi artaraq 32 faizə çatıb.
7NEWS.az








