ABŞ və Rusiya arasında diplomatik böhran davam edir.
Amerikalı diplomatların Rusiyadan qovulmasına cavab olaraq Ağ Ev Moskvanın diplomatik nümayəndəliklərindən birini bağlaya bilər. Vaşinqtonakı səfirlikdən başqa Rusiyanın Hyüston, Sietle, San-Fransisko kimi şəhərlərdə baş konsulluq idarəsi var.
Ağ Evin milli təhlükəsizlik Şurası bəyan edib ki, Rusiya rəhbərliyinin qərarına müxtəlif cavab tədbirləri nəzərdən keçirilir.
Şuranın spikeri deyib: "Moskvanın bizim personala və diplomatik korpusa qarşı sübutsuz tədbirlərini ciddi qəbul edirik. Hazırda cavab variantları nəzərdən keçirilir".
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ABŞ diplomatik korpusunun sayını 455 nəfərə qədər azaltmaq barədə qərar verib./olke.az
7news.Az








