ABŞ-ın ticarət nazirliyi Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirərək daha 23 təşkilatın adını əlavə edib.
7news.Az-ın xəbərinə görə, bu barədə qurumun rəsmi saytında məlumat verilir.
"ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət sahəsində ölkənin maraqlarına zidd fəaliyyət göstərdiklərinə görə 23 təşkilatın adı sanksiya siyahısına əlavə olunub”, - məlumatda deyilir.
Siyahıya Krımın dəmir yolu təşkilatları və dəniz limanları, elmi tədqiqat institutları və bir sıra zavodlar daxil edilib. Qeyd olunur ki, sanksiyalar Ukraynanın şəqrindəki vəziyyətlə əlaqədar tətbiq olunub.
7news.Az








