RU
ABŞ səfiri prezidentlərin görüşünü necə qiymətləndirdi?
23:15
1794

ABŞ səfiri prezidentlərin görüşünü necə qiymətləndirdi?

"Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş üçtərəfli görüş zamanı əldə olunmuş müsbət tempi, təkanı alqışlayırıq".

 

Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfirin sözlərinə görə, bu müsbət irəliləyiş Vyanada ABŞ-ın vasitəçiliyi və ATƏT-in Minsk qrupu həmsədrlərinin köməyi ilə keçirilən görüşün davamı xarakteri daşıyır: "Bütün həmsədrlər və həmsədr ölkələr münaqişə tərəflərini bir araya gətirməyə çalışırlar. Burada əsas məqsəd hərtərəfli sülh sazişinin əldə olunmasına kömək etməkdir".

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ