RU
ABŞ səfirindən Saakaşvili ilə bağlı ÇAĞIRIŞ
13:30
530

ABŞ səfirindən Saakaşvili ilə bağlı ÇAĞIRIŞ

ABŞ-ın Gürcüstandakı səfiri Keli Deqnan Gürcüstan hakimiyyətini ombudsmanın sabiq prezident Mixail Saakaşvilinin səhhəti ilə bağlı tövsiyələrinə diqqətlə və ciddi şəkildə yanaşmağa çağırıb.

Deqnan bu barədə mediaya verdiyi müsahibəsi zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ həmişə Gürcüstan hakimiyyətini Saakaşvili üçün müvafiq tibbi müalicə tətbiq etməyə çağırıb:

"Mən bilirəm ki, Saakaşvilinin səhhəti ilə bağlı artan narahatlıq mövcuddur. Biz həmişə onun üçün müvafiq tibbi müalicə tələb etmişik. Çünki bu, insanın əsas hüquqlarından biridir. Penitensiar Xidmət Saakaşvilinin vəziyyətini şərh edərək, onun müalicə olunduğunu qeyd edib və bəzi müalicə vasitələrindən Saakaşvilinin özünün boyun qaçırdığını bildirib. Biz hakimiyyəti ombudsmanın tövsiyələrinə diqqətlə və ciddi yanaşmağa çağırırıq”,-deyə Deqnan bildirib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ