RU
ABŞ səfirliyi Bakıda hərrac keçirəcək
16:28
2113

ABŞ səfirliyi Bakıda hərrac keçirəcək

ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıda işlənmiş avtomobillərin satışı məqsədi ilə hərrac keçirəcək.

ABŞ-ın Azərbaycandakı səfirliyinin sosial şəbəkədə yaydığı məlumata əsasən, hərrac noyabrın 13-də Məmmədşərif Həmidov küçəsi, 51 ünvanında keçiriləcək.

Avomobillərin baxışı həmin gün saat 9:00-dan 11:00-a qədər mümkündür. Alıcı mütləq şəxsiyyətini təsdiq edən şəkilli sənədi təqdim etməlidir.

Alınan malların dəyəri dərhal ödənilməlidir. Avtomobillərin ilkin qiyməti 500 dollardır./atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ