Bağdaddakı ABŞ səfirliyinə daha bir hücum edilib. 

7News.Az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-ın Bağdaddakı səfirliyi də daxil olmaqla bir çox diplomatik nümayəndəliyin yerləşdiyi "Yaşıl Bölgə"yə üç raket atılıb.

Rəsmilərin açıqladığı məlumata görə, bu hücumlar zamanı ölən və ya yaralanan olmayıb. 

Xatırladaq ki, ABŞ-ın İran genaralı Qasım Süleymanini öldürməsindən sonra İran ABŞ-ın hərbi bazalarını vurub.