RU
ABŞ səfirliyinin mətbuat katibi BDU-da
17:02
537

ABŞ səfirliyinin mətbuat katibi BDU-da

Amerika səfirliyinin mətbuat katibi Rey Neyler Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində olub.

Universitetin mətbuat xidmətindən verilən məlumata görə, fakültənin ingilisdilli qruplarının tələbələri ilə keçirilən görüşün əvvəlində Beynəlxalq jurnalistika kafedrasının müdiri Həmid Vəliyev qonağın fəaliyyəti barədə məlumat verib. Məlum olub ki, bu ilin sentyabr ayından mətbuat katibi vəzifəsində çalışan Rey Neyler bir çox orta Asiya ölkələrində müxtəlif sahələr üzrə işləyib, Azərbaycan, rus, tacik dillərini bilir.

Daha sonra mətbuat katibi təmsil etdiyi qurumun fəaliyyəti barədə mühazirə oxuyub. Rey Neyler mətbuat xidmətinin səmərəli fəaliyyət göstərməsi, xəbərlərin doğru təhlil edilməsi, yayılması barədə fikirlərini bölüşüb. Təmsil etdiyi qurumun media ilə əlaqələrindən və sosial şəbəkələrdəki fəaliyyətindən bəhs edən Rey Neyler tələbələrin peşəkar jurnalist kimi yetişmələri ilə bağlı məsləhətlərini verib.

Sonda tələbələrin çoxsaylı suallarını cavablandıran Rey Neyler onların ingilis dili səviyyələrini, sual vermək qabiliyyətlərini yüksək dəyərləndirib.//publika.az



7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ