ABŞ-ın Bağdadda yerləşən səfirliyinin yanına bir neçə raket düşüb.
"Al Arabiya” xəbər verir ki, "Bloomberg”in müxbiri Zaid Sabah hadisə ilə bağlı video paylaşıb.
Kadrlarda raketlərin yaxınlaşması səbəbindən səfirlikdə xəbərdarlıq sirenasının işə düşdüyünü eşitmək olur.
Qeyd etmək lazımdır ki, ABŞ səfirliyi Bağdadın "yaşıl ərazisində" yerləşir.
Bu yaxşı qorunan ərazi dövlət müəssisələri və xarici səfirliklər üçün nəzərdə tutulub.
7News.Az








