RU
ABŞ Senatında ilk koronavirusa yoluxma qeydə alınıb
17:50
328

ABŞ Senatında ilk koronavirusa yoluxma qeydə alınıb

ABŞ-ın Kentukki ştatından olan respublikaçı senator Rand Pol koronavirus testindən keçib, nəticə müsbət olub.

7News.Az APA-ya istinadən bildirir ki, bu barədə senator "Twitter" hesabıda yazıb. 

O bildirib ki, səyahətlərdə olması ilə əlaqədar hər etimala qarşı "COVID-19" testindən keçib. 

Karantinə alınan senator bu çətin şəraitdə Kentukki xalqı üçün fəaliyyətini davam etdirmək niyyətində olduğunu vurğulayıb. 

O, özünü yaxşı hiss etdiyini vurğulayıb.

 

Qeyd edək ki, bu, ABŞ Senatında ilk koronavirusa yoluxma hadisəsidir.  

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ