RU
ABŞ senatoru Bob Menendez istefa verdi
13:47
40

ABŞ senatoru Bob Menendez istefa verdi


Xarici hökumətlərə yardım müqabilində rüşvət almaqda və ədalət mühakiməsinə mane olmaqda təqsirli bilinən ABŞ senatoru Bob Menendes istefa verib. Türkiyə əleyhinə mövqeyi ilə tanınan Demokrat Partiyasının üzvü Menendez istefa çağırışlarına müqavimət göstərirdi.

7NEWS.az xəbər verir ki, Menendes ABŞ-dakı yunan və erməni lobbilərinə yaxınlığı ilə tanınır və tez-tez Türkiyə əleyhinə bəyanatları və qanun layihələri ilə gündəmə gəlir. Onun rüşvətxorluqda ittiham olunduğu işə 2017-ci ildə xitam verildi, lakin bu dəfə prokurorlar doqquz həftəlik məhkəmə prosesində münsiflər heyətini Menendezin Qətər və Misir hökumətlərinə kömək etmək üçün rüşvət aldığına inandırdılar. Menendezin evində zərflərdə və paltolarda gizlədilmiş 480 min dollardan çox pul və dəyəri 100 min dollardan çox olan qızıl külçələr tapılıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ