ABŞ-da yerləşən NBC News telekanalı amerikalı senator Bob Menendesə qarşı rüşvət istintaqı zamanı tapılan qızıl külçələrin bir iş adamının evindən illər əvvəl oğurlanmış və sonradan tapılan qızıl olduğunu və bunun iki ölkə arasında "rüşvət” əlaqəsinin sübutu olacağını bildirib.
7NEWS.az xəbər verir ki, NBC News-un məlumatına görə, iş adamı Fred Daibes 2013-cü ildə polisə müraciət edərək Nyu Cersi ştatının Edgewater şəhərindəki evindən 500 min dollar nağd pul və 22 qızıl külçənin oğurlandığını bildirib. Polis daha sonra hadisədə iştirak edən 4 nəfəri yaxalayıb və qızıllar Daibesə qaytarılıb. Bu proses zamanı Daibes qızıl sikkələrin seriya nömrəsini polisə bildirdi.
7NEWS.az








