7NEWS.az xəbər verir ki, USS Gerald R. Ford təyyarədaşıyan gəmisi və onu müşayiət edən tapşırıq qrupu İsrailə dəstək vermək üçün Şərqi Aralıq dənizinə doğru hərəkət edərkən, ABŞ rəhbərliyinin İsrailə dəstək üçün Şərqi Aralıq dənizinə ikinci bir təyyarədaşıyan gəmi göndərməyi düşündüyü iddia edildi. ABŞ mətbuatında yer alan xəbərlərdə sözügedən ikinci gəminin göndərilməsində məqsədin İsrail və HƏMAS arasındakı qarşıdurmalara başqa ölkələrin də qarışmasının qarşısını almaq olduğu bildirilib.
7NEWS.az








